Paşinyan Türkiyədə məscidə getdi - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan İstanbuldakı Göy Məscidi (Sultan Əhməd Məscidi) ziyarət edib.
Bu barədə o, sosial şəbəkə hesablarında paylaşım edib:
“İstanbuldakı Göy Məscidi ziyarət etdim”.
Qeyd edək ki, Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə ilk işgüzar səfərə gedib. Bu, Paşinyanın 2023-cü ildən sonra Türkiyəyə ilk belə səfəridir.
"Cebheinfo.az"