“Qarabağ” daha bir transferini açıqladı

“Qarabağ” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib.
Ağdam klubundan “Qafqazinfo”ya verilən məlumata görə, son ölkə çempionu Pedro Bikalyonu rənglərinə bağlayıb.
24 yaşlı yarımmüdafiəçi Ağdam klubunda 35 nömrəli formanı geyinəcək. Tərəflər arasında 3+1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, braziliyalı dayaq yarımmüdafiəçisi “Palmeyras”ın yetirməsidir. O, 2022-ci ilin yayında “Santa Klara”ya icarəyə verilib. 6 aydan sonra vətənə qayıdaraq bu dəfə “Vitoriya”da oynayan 24 yaşlı futbolçu son iki mövsümü Portuqaliyanın “Alverka” klubunda keçirib.
Xatırladaq ki, “Qarabağ” daha öncə Dani Boltu da transfer edib.
"Cebheinfo.az"