Hikmət Hacıyev diplomatların Laçın səfəri ilə maraqlı paylaşım edib - VİDEO

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Laçına səfəri ilə bağlı “X”də paylaşıb edib.
"Cebheinfo.az" xəbər verir ki, paylaşımda deyilir:
“Diplomatik korpusla Laçına səfər etdik. Laçın hava limanına endik, sabah Şuşa və Ağdam proqramı ilə davam edəcəyik. Bakıya Ağdam-Bakı qatarı ilə qayıdacayıq”.
Xatırladaq ki, Laçın səfəri çərçivəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri bir sıra məkanlarda olublar.
Onlar Laçın İstirahət Kompleksi, "Hoçazfilm" studiyası, "Yurd" qalereyası, "Laçınema" mərkəzi, eləcə də Həkəri sahili, Seyrəngah və "Gilabi Ceramics" mərkəz il tanış olublar.
"Cebheinfo.az"