Məşhur yazarın cəsədi dondurulur: Gələcəkdə dirilmək üçün

Slavyan fantaziyasının banilərindən biri Yuri Nikitin 86 yaşında vəfat edib.
Yuri Nikitinin cəsədi dondurulacaq.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə onun həyat yoldaşı Liliya Nikitina sosial şəbəkədə məlumat verib. Bənzə yazı yazıçının “VKontakte” səhifəsində də yayımlanıb.
"Yuri Aleksandroviçin son vəsiyyətinə əsasən, onun cəsədi dondurulacaq. Gələcəkdə, tibbi texnologiyalar lazımi inkişaf səviyyəsinə çatdıqda həyata qayıtmaq məqsədi ilə bunu edəcəyik", - deyə məlumatda qeyd olunub.
O, həmçinin bildirib ki, cəsədin dərin soyutma və ya donma şəraitində saxlanılması külli miqdarda vəsait tələb edir. Qohumlar tələb olunan məbləğin toplanmasına kömək etmək xahişi ilə oxuculara, həmkarlarına və həmfikirlərinə müraciət ediblər:
"Bu, işi minlərlə oxucunu ilhamlandıran bir insanla canlı əlaqə saxlamaq üçün bir yoldur".
Məlumat üçün bildirək ki, Qay Yuli Orlovski təxəllüsü ilə tanınan Yuri Nikitin 1939-cu il noyabrın 30-da Xarkovda anadan olub.Onun ilk nəşr olunan kitabı “Dünyanı dəyişən adam” elmi-fantastik hekayələr toplusu olub. Ümumilikdə fantastika yazıçısının 60-dan çox kitabı nəşr olunub. Onu slavyan fantaziyasının banilərindən biri adlandırırdılar.
O, əsərlərində gələcəyin nailiyyətləri ilə ölümə qalib gəlmək mövzusuna dəfələrlə müraciət edib, elmin bir gün bu gün öhdəsindən gəlmək mümkün olmayan problemlərin həllini tapacağını deyib. Nikitin əsərlərinə görə dəfələrlə ədəbi mükafatlar alıb, “Oteçestva” nəşriyyatının baş redaktoru olub.
Xəzər
“Cebheinfo.az”