Kanalda batan 15 yaşlı Hüseynin meyiti tapıldı

Yevlaxda kanalda batan 15 yaşlı məktəblinin meyiti tapılıb.
“Qafqazinfo”nun məlumatına görə, Mingəçevir şəhər sakini Hüseyn Rəsulovun cəsədini Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dalğıc-Axtarış qrupunun əməkdaşları Yuxarı Qarabağ kanalının rayonun Tanrıqulular kəndi yaxınlığından keçən hissədə – batdığı yerdən təxminən 15 kilometr aralıda aşkar edərək sudan çıxarıb.
Meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
"Cebheinfo.az"