İrəvanda yürüş: İştirakçılar Qareginlə görüşə gedirlər

İrəvandakı Zvartnots məbədindən başlayan yürüşün iştirakçıları Katedralə çatıblar.
“Cebheinfo.az” xəbər verir ki, bu gün Müqəddəs Erməni Apostol Kilsəsi Müqəddəs Eçmiədzin bayramını (Pasxadan 64 gün sonra qeyd olunur) qeyd edir. Yürüş iştirakçılarının bütün ermənilərin katolikosu II Qareginlə görüşü nəzərdə tutulub.
Ermənistan hökuməti bu tədbiri dini yox, daha çox siyasi hesab edir. İndi bütün diqqətlər həmin görüşün baş tutub-tutmayacağı və II Qareginin Baş nazir Nikol Paşinyanla son dövrlər açıq müstəviyə keçən qarşıdurma ilə bağlı onun nə söyləyəcəyinə yönəlib.
Xəzər
“Cebheinfo.az”