Bakıda külək güclənib, bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Bakıda külək güclənib, bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

İyunun 22-i saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Bu barədə "Cebheinfo.az"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Belə ki, Zaqatala, Qax (Sarıbaş), Oğuz, Şəki, İsmayıllı, Qəbələ, Quba və Qusarda arabir yağış yağır.

Hazırda bəzi ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23, Neftçalada 20, Culfada 16 m/s-dək güclənir.

Qax, Şəki, Qusar, Qrızda duman müşahidə olunur.

"Cebheinfo.az"