Yeni çıxış yolu tapılıb: Saxta nikahlar

Rusiyanın şimal paytaxtında- Sankt -Peterburqda miqrantlardan pul qazanan çox sayda şəhır sakini var.
Bəziləri saxta nikahları pul qarşılığında rəsmiləşdirir, digərləri isə sadəcə olaraq yeni gələnləri mənzillə təmin etmədən pul üçün qeydiyyatdan keçirirlər.
“Cebheinfo.az” bu barədə Ruiya mətbuatına istinadən yazır.
78.ru telekanalının verdiyi məlumata görə, 50 yaşlı Sankt-Peterburq sakini və onun 36 yaşlı sevgilisi mənzil sahibini cüzi bir ödəniş müqabilində onlarla əcnəbiləri qeydiyyata almağa razı salıblar.
Ötən gün polis əməkdaşları daha iki yeni hadisə üzə çıxarıblar. Sankt-Peterburqa gələn bir miqrant saxta sənədlərlə yaxalanıb. Daxili İşlər Nazirliyinin şəhər üzrə mətbuat xidmətindən aydınlıq gətirildiyinə görə, onun Bor kənd sakini tərəfindən evində saxta qeydiyyata alındığı məlum olub. 35 yaşlı kişi 29 yaşlı Orta Asiya vətəndaşını evinə qeydiyyata salıb, o, həmin ünvanda əslində yaşamır. Lakin sənədlər əsasında əcnəbinin gəlişi barədə dövlət xidmətləri mərkəzinə bildiriş təqdim edilib və Rusiyada işləmək üçün patent verilib. İndi polis işə baxır, cinayət işi açılıb.
Leninqrad vilayətinin Priozersk rayonunun sakini, əvvəllər narkotik və soyğunçuluğa görə məhkum olunmuş şəxs pul üçün qondarma nikahla razılaşıb. Onun 52 yaşlı sevgilisi onu Rusiyada müvəqqəti yaşaması üçün tanışı - Orta Asiya ölkələrindən birinin vətəndaşı ilə ailə qurmağa razı salıb. Bu faktla bağlı cinayət işi də açılıb. Təqsirləndirilənlərdən biri nəzarətə götürülüb, saxta həyat yoldaşı saxlanılıb.
Xəzər
“Cebheinfo.az”