İranlı nazir: “Danışıqlara başlamaq variantını müzakirə...”

İranlı nazir: “Danışıqlara başlamaq variantını müzakirə...”

“Hazırda rəsmi Tehran regiondakı vəziyyət və ABŞ-nin nüvə obyektlərinə zərbə endirməsi ilə bağlı danışıqlara başlamaq variantını müzakirə etmir”.

“Cebheinfo.az”  TASS-a istinadən xəbər verir ki, bunu  İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Əlbəttə, Tehranla əlaqə saxlayıram. Dəymiş ziyanın səviyyəsi ilə bağlı hələ də dəqiq məlumatım yoxdur, amma bunun indi önəmli olduğunu düşünmürəm. Nüvə obyektlərinə zərbələr özlüyündə beynəlxalq hüququn bağışlanmaz pozuntusudur və pislənməlidir. Hazırda danışıqlara hazırlaşmaqdan söhbət gedə bilməz. Amma prinsipcə, qapı açıq qalmalıdır", - nazir İstanbulda keçirilən mətbuat konfransında deyib. 

Xəzər
“Cebheinfo.az”