İsrail üç əsirin meyitini geri qaytarıb

İsrail üç əsirin meyitini geri qaytarıb

İsrail hərbçiləri Qəzza zolağından üç əsirin meyitinin qalıqlarını geri qaytarıb.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

“İsrail Müdafiə Ordusu və Baş Təhlükəsizlik Xidməti tərəfindən Qəzza zolağında həyata keçirilən əməliyyat zamanı HƏMAS tərəfindən saxlanılan 3 oğurlanmış əsir İsrailə qaytarılıb”, - baş nazir qeyd edib.

"Cebheinfo.az"