Zərbə vuruldu, indi sülh vaxtıdır

“Amerikanın İrana zərbələrindən sonra sülhə doğru irəliləmək vaxtı çatıb və Vaşinqton da Tehrandan da bunu gözləyir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.
"Mən yalnız təsdiq edə bilərəm ki, iranlılarla bir çox kanallar vasitəsilə birbaşa açıq və özəl şəkildə əlaqə saxlanılır, onlara masaya gəlmək üçün hər cür fürsət verilir. Onlar Amerikanın mövqeyinin nə olduğunu, sülhə nail olmaq üçün hansı addımları ata biləcəklərini dəqiq başa düşürlər və ümid edirik ki, bunu edəcəklər. İndi sülhə doğru hərəkət etməyin vaxtıdır", - o, Pentaqonda jurnalistlərə deyib.
ABŞ bazar günü gecə İranın Natanz, Fordo və İsfahandakı üç nüvə obyektinə zərbələr endirib. ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, zərbələr ölkənin nüvə imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyıb. Onun sözlərinə görə, Tehran bu müharibəyə son qoymağa razılaşmalı, əks halda daha ciddi nəticələrlə üzləşməlidir.
Xəzər
“Cebheinfo.az”