İsrail ordusu DAYANMAYACAQ

“İsrail Müdafiə Qüvvələri (IDF) İranın nüvə proqramına qarşı əməliyyatı hərbi məqsədlərə nail olunana qədər davam etdirəcək”.
“Cebheinfo.az” xəbər verir ki, bunu İDF sözçüsü Efi Defrin brifinqdə bildirib.
"Biz İsrail dövləti üçün mövcud olan təhdidin aradan qaldırılması kimi aydın bir məqsədlə işləyirik. Bizim planımız və məqsədlərimiz var və biz bu məqsədlərə nail olmaq üçün daim çalışırıq. Məqsədlərə çatana qədər fəaliyyətimizi davam etdirəcəyik", - o deyib.
Defrin İsrailin Baş Qərargah rəisi Eyal Zamirin İsrailin "uzun kampaniyaya hazırlaşdığı" barədə bəyanatını təkrarlayıb.
“Biz buna hazırlaşmalı və istənilən inkişafa hazır olmalıyıq”, - deyə o bildirib.
Xəzər
“Cebheinfo.az”