İranda İsraillə əlaqədə şübhəli bilinən onlarla insan saxlanılıb

İranda onlarla insan İsraillə əlaqədə şübhəli bilinərək saxlanılıb.
Bu barədə “Fars” agentliyi məlumat yayıb.
“İranda ən azı 52 nəfər ictimai rəyə təzyiq etmək, pilotsuz təyyarələr və ya onların hissələrini saxlamaq, əhəmiyyətli əraziləri lentə almaq və görüntüləri müxalifət mediasına göndərmək ittihamı ilə saxlanılıb”, - məlumatda bildirilir.
Qeyd olunub ki, İran və İsraildə müharibə edən tərəflərlə əlaqədə şübhəli bilinərək bu cür həbslərin sayı dayanmadan artır.
"Cebheinfo.az"