Neftçi paraqvaylı vinqerin transferinə hazırlaşır

Azərbaycanın "Neftçi" futbol klubu daha bir legioner transferinə yaxındır.
"Cebheinfo.az" bu barədə azerisport.com-a istinadla xəbər verir.
Məlumata görə, paytaxt təmsilçisinin yeni oyunçusu Paraqvaylı cinah hücumçusu Luis Ortis ola bilər. 25 yaşlı futbolçu artıq Bakıya gəlib və tibbi müayinədən keçməlidir. Müayinə uğurla başa çatarsa, onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Luis Ortis indiyədək yalnız vətəni Paraqvayda çıxış edib. Onun son klubu "Ameliano" olub.
"Cebheinfo.az"