Vüsal Murtuzəliyev: "Mənim üçün ağır günlər sona çatdı"

"Şükür, mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram."
"Cebheinfo.az" xəbər verir ki, bu barədə aktyor sosial media hesabında paylaşım edib.
“Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum uzaq durmalıyam. Sadəcə narahatlığınızı anlayıb bu paylaşımı etməyə özümə borc bildim. Ölüm qaşla göz arasındadır. Özümə qarşı laqeyd yanaşırdım. Bəlkə də bu bir xəbərdarlıq idi ki, məni silkələdi. Təbii ki, bundan sonra sağlamlığımla bağlı çox şeyi dəyişməli olacağam”, – deyə aktyor qeyd edib.
Qeyd edək ki, TƏBİB-in məlumatına görə, həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib.
"Cebheinfo.az"