Ağdaşda qəbiristanlıqda YANĞIN - VİDEO

Kənddə baş verən yanğın qəbiristanlığa da keçib. Nəticədə məzarlıq bu vəziyyətə düşüb.
Xezerxeber.az xəbər verir ki, hadisə dünən Ağdaşın Xınaxlı kənd ərazisində baş verib. Qəbiristanlıqda həm də ziyarətgah var.
Dərhal əraziya yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Yanğın nəticəsində təqribi olaraq 200 kv m ərazidə qəbir daşları yanaraq kül olub. Yanğın xəbərini eşidən ölü yaxınları dərhal ora gəliblər.
Hazırda yanğın tam söndürülsə də yenidən alovlanmaması üçün nəzarətdə saxlanılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
“Cebheinfo.az”