Zelenskinin NATO sammitindəki KƏDƏRİ

Zelenskinin NATO sammitindəki KƏDƏRİ

Ukrayna Prezidenti Volodimir Zelenski Haaqada baş tutan NATO sammitində kədərli görünüb.

"Cebheinfo.az" xəbər verir ki bu barədə "Bloomberg" agentliyi yazıb. Nəşr yazır ki, NATO-nun hələ də Rusiyanı təhlükə olaraq tanıması Kiyev üçün qələbə kimi dəyərləndirilsə də, bu, Ukrayna Prezidenti Volodimir Zelenskini məyus edib və o, sammitdə kədərli təsir bağışlayıb. Materialda qeyd olunur ki, Zelenski daha əvvəl “Böyük yeddilik” (G7) sammitində Donald Trampla görüşmək fürsətini qaçırıb.

Amma Haaqadakı NATO sammitində Ukraynaya silah satışını təşviq etmək imkanı qazanıb. Almaniyanın "Bild" qəzeti isə 25 iyun tarixli yazısında qeyd edib ki, Haaqa sammiti həm Ukrayna, həm də Zelenski üçün uğursuz alınıb. Tədbirdə Ukrayna müharibəsi ilə bağlı ayrıca sessiya keçirilməyib.

Qeyd edək ki, NATO sammiti 24–25 iyun tarixlərində Haaqada baş tutub. Görüşün əsas mövzusu alyans üzvlərinin müdafiə xərclərini artırması məsələsi olub. Sammitin hədəflərindən biri NATO ölkələrinin hərbi büdcə xərclərini ÜDM-in 5 faizinə çatdırmaqdır. Bu vəsaitin 3,5 faizi birbaşa hərbi məqsədlərə, 1,5 faizi isə yardım və dəstək xərclərinə yönəldiləcək. Xatırladaq ki, Zelenski daha əvvəl “Rusiyanın iştahının azaldılmasına” çağırmışdı. 

Səbinə Uğur 
"Cebheinfo.az"