Putin şahzadəsi ilə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Minskdə keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammiti çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın böyük oğlu və Əbu-Dabinin vəliəhd şahzadəsi Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlama verib.
“Putin BƏƏ-nin vəliəhd şahzadəsi ilə ayrıca görüş keçirəcək və həmin görüşdə uzun zamandır gözlənilən azad ticarət zonası sazişi imzalanacaq. Onunla ayrıca danışıqlar da olacaq” ,- deyə Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya lideri Aİİ sammiti çərçivəsində ikitərəfli görüşlər keçirəcək.
“Adətən Prezident bu cür tədbirlərdən istifadə edərək hər kəslə ayaqüstü də olsa söhbət etməyə çalışır”, - deyə Kremlin sözçüsü qeyd edib.
Nigar Hacılı
"Cebheinfo.az"