“Neftçi” paraqvaylı futbolçunu icarəyə götürüb

Paraqvaylı Luis Ortis icarə əsasında “Sportivo Ameliano”dan “Neftçi”yə keçib.
Bu barədə “flaqman”ın mətbuat xidməti məlumat yayıb.
“Neftçi” növbəti transferini rəsmiləşdirib. Paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis artıq “Neftçi” ailəsinin üzvüdür. 25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb”, – məlumatda diqqətə çatdırılıb.
Bildirilib ki, indiyədək yalnız Paraqvayda çıxış etmiş Ortisin məxsus olduğu klub “Sportivo Ameliano”dur.
“Cebheinfo.az”