Tramp anons etdi: "Müharibə" bitdi

Prezident Donald Tramp ABŞ-nin Çinlə ticarət sazişi imzaladığını bildirib. Bununla belə, o, konkret nədən danışdığını açıqlamayıb.
“Cebheinfo.az” bu barədə “Reuters “-ə istinadən xəbər verir. O əlavə edib ki, Hindistanla da razılaşma gözlənilir.
Tramp bunu Ağ Evdə hökumət xərcləri haqqında qanun layihəsinin təşviqinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
"Biz dünən Çinlə imzaladıq, eləmi? Çinlə indicə imzalamışıq. Bizim bir neçə gözəl müqaviləmiz var. Bizim Hindistanla birimiz var, bəlkə də, çox böyük bir müqaviləmiz var, biz ABŞ malları üçün Hindistan bazarını açacağıq", - deyə o, bildirib.
Xəzər
“Cebheinfo.az”