Növbə arxiyepiskop Mikaelə çatdı

Ermənistanda terror aktları törətmək və hakimiyyəti güc yolu ilə ələ keçirmək ittihamı ilə kilsə nümayəndələrinin həbsləri davam etdirilir.
Bu gün səhər saatlarında 30-a yaxın maskalı şəxs Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyanın iqamətgahına daxil olub. Onların hüquq-mühafizə orqanlarının əməkdaşları olduğu bildirilir.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə bu vəkil Miqran Poqosyan Ermənistan mediasına açıqlama verib. Bununla bağlı “Sputnik Ermənistan”-a danışan arxiyepiskop özü qara maskalıların onun iqamətgahına daxil olmaq cəhdi ilə bağlı faktı təsdiqləyib.
Lakin o, həmin vaxt orada olmadığını bildirib. Qeyd edək ki, arxiyepiskop Mikael Acapaxyana qarşı hakimiyyəti ələ keçirmək məqsədilə ictimai çağırışlar etmək ittihamı ilə cinayət işi açılıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”