Ankarada Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib
Ankarada səfərdə olan Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev türkiyəli həmkarı Mətin Gürakla görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Türk Silahlı Qüvvələrinin X hesabında paylaşım edilib.
Kərim Vəliyevin rəsmi qarşılanma mərasimi olub. Daha sonra Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib.
"Cebheinfo.az"