“Los-Anceles” klubunun futbolçusu Fransaya qayıda bilər

ABŞ-nin “Los-Anceles” klubunun futbolçusu Olivye Jiru Fransaya qayıda bilər.
“Report”un “Foot Mercato”ya istinadən məlumatına görə, 38 yaşlı forvard "Lill"lə razılığa gəlib.
Jiru 2024-cü ilin yayından “Los-Anceles”də çıxış edir. O, 37 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.
Fransalı futbolçu daha əvvəl “Milan”, “Çelsi”, “Arsenal”, “Monpelye”, “Tur” və “Qrenobl” klublarında çıxış edib.
"Cebheinfo.az"