Siyəzəndə 2 nəfər narkotiklə bağlı saxlanılıb - FOTOLAR

Siyəzəndə 2 nəfər narkotiklə bağlı saxlanılıb - FOTOLAR

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri Natiq Məhərrəmov və Nurlan Qurbanov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, onlardan psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə N.Məhərrəmov və N.Qurbanovun barələrində həbs qətimkan tədbiri seçilib.

"Cebheinfo.az"