AAYDA bank xərclərini 20 %-ə yaxın azaldıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 2024-cü ildə bank xərcləri 7,818 milyon manat təşkil edib.
"Cebheinfo.az" xəbər verir ki, "Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 19,7 % azdır.
Ötən il agentliyin bank xərcləri ümumi xərclərinin 0,18 %-ni təşkil edib. Bu nisbət əvvəlki il 0,24 % olub.
Xatırladaq ki, AAYDA Prezident İlham Əliyevin 18 oktyabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 716,534 milyon manatdır.
"Cebheinfo.az"