Bu ölkədə Amerika vətəndaşları saxlanıldı – SƏBƏB

Bu ölkədə Amerika vətəndaşları saxlanıldı – SƏBƏB

Cənubi Koreyada, plastik butulkalarla Şimali Koreyaya düyü, 1 dollarlıq əskinaslar və İncil göndərməyə çalışan 6 ABŞ vətəndaşının saxlanıldığı bildirilib.

“Cebheinfo.az” “Yonhap”a istinadən xəbər verir ki, paytaxt Seulun qərbində yerləşən Qanxva Adasında 20–50 yaş aralığında olan 6 ABŞ vətəndaşı təxminən 1300 plastik butulkanı dənizə buraxmağa çalışıb.

ABŞ vətəndaşları həmin butulkaların içinə düyü, 1 dollarlıq əskinaslar və İncil qoyaraq dəniz vasitəsilə Şimali Koreyaya göndərmək istədikləri zaman ərazidə xidmət göstərən hərbi birlik tərəfindən polisin məlumatlandırılması ilə saxlanılıblar.

Rəsmilər qeyd ediblər ki, təqsirləndirilən şəxslərə qarşı fəlakət və təhlükəsizlik idarəçiliyi qanununu pozmaqla bağlı hüquqi prosedurlar başlayıb və ifadələri tərcüməçi vasitəsilə alınacaq.

Səlahiyyətlilər əlavə ediblər ki, həmin bölgə 2024-cü ilin noyabr ayında “təhlükəli zona” elan edilərək ictimai girişi qadağan olunub və Şimali Koreyaya material göndərilməsini qadağan edən inzibati qərar hələ də qüvvədədir.

Nigar Hacılı 
"Cebheinfo.az"