Məşhur futbolçu turist qadını stulla vurdu - VİDEO

İspaniyanın məşhur turizm məkanı İbizada ingiltərəli futbolçu Kian Harratt qadın turisti kreslo ilə vuraraq gündəmə gəlib.
"Cebheinfo.az" "Musavat"a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial mediada yayılıb və geniş rezonans doğurub.
İngiltərənin “Oldham Athletic” klubunda çıxış edən 23 yaşlı Kian Harrattın qadın turisti stulla vurduğu anlar kameralara düşüb. Hadisə, Harratt və dostlarının İbizada istirahət zamanı bir qrup qadın turistə qarşı qeyri-etik davranışları ilə başlayıb. Onlar hovuzda qadınlara top ataraq sataşıblar.
Hadisə şahidlərinin bildirdiyinə görə, qadınların etirazına cavab olaraq mübahisə alovlanıb və Harratt hovuzun kənarından kreslo götürərək qadınlardan birinə atıb.
Dava zamanı stullardan biri qadına, digəri isə Kaylın özünə dəyib. O, zərbədən sonra hovuza yıxılıb.
Hadisədən sonra hotel rəhbərliyi Harratt və onun dostlarını oteldən uzaqlaşdırıb.
Qeyd edək ki, Kian Harratt son vaxtlar “Oldham Athletic” üçün önəmli matçlarda çıxış etsə də, bu hadisə onun adını idmandan çox, qalmaqalla gündəmə gətirib.
"Cebheinfo.az"