İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir?

İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir?

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb. 

Ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə 39 imtahan mərkəzində keçirilən prosesdə ümumilikdə 22 383 müəllim iştirak edib.İmtahanda bəzi neqativ hallara da rast gəlinib. Belə ki, 7 nəfər müəllimin nəticəsinin imtahan qaydalarını pozması (imtahan zamanı telefondan istifadə, imtahan suallarının şəkillərinin çəkilməsi və s.) səbəbi ilə ləğv edilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, ali məktəblərə qəbul imtahanlarında abituriyentlərin nəticələri ləğv edildikdə onlar həmin il universitetə qəbul olmaq şanslarını itirirlər. Bəs müəllimlərin sertifikasiya imtahanında nəticələri ləğv edildikdə onlar yenidən məktəbdə çalışa, yaxud yenidən imtahan vermək şansını əldə edə biləcəklərmi? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu "Cebheinfo.az"-a bildirib ki, neqativ hallar hər zaman olur: 

"Belə ki, nə qədər nəzarət olsa da köçürmə , yaxud telefondan istifadə halı ola bilər. Yaxud konspektlərdən istifadəyə rast gəlmək olar. Əgər sertifikasiya imtahanında neqativ hal müəllimin ucbatınddan olubsa, çox güman ki, o, bu il təkrar imtahan verməyəcək. Bu, həmin müəllimin birinci sertifikasiyadırsa, gələn il təkrar imtahan verməlidir. Ancaq ikinci sertifikasiyadırsa, yəqin ki, məktəbdən uzaqlaşdırılır. 

Əslində bu məqamla bağlı Elm və Təhsil Nazirliyi fikir bildirməlidir. Neqativ hallar müəllimlə bağlı baş verirsə, məhz müəllim qaydanı pozursa, o imtahandan uzaqlaşdırılır və kompensasiya olunmur. Əgər texniki qüsurdursa, müəyyən qədər müəllimdən asılı olmayan səbəbdirsə, o müəllimə şans yaradılır". 

Nigar Abdullayeva 
"Cebheinfo.az"