İngiltərə Premyer Liqası təmsilçisinin baş məşqçisi bəlli olub

İngiltərə Premyer Liqası təmsilçisinin baş məşqçisi bəlli olub

Kit Endryus İngiltərə Premyer Liqası təmsilçisi "Brentford"un baş məşqçi vəzifəsinə təyin olunub.

"Report" xəbər verir ki, 44 yaşlı mütəxəssis iyunun 12-də “Tottenhem”lə 3 illik müqavilə imzalayan sabiq baş məşqçi Tomas Frankı əvəzləyib.

K.Endryus 2024-cü ilin yayından "Brentford"da standart vəziyyətlər üzrə məşqçi funksiyasını yerinə yetirir. O, daha əvvəl "Şeffild Yunayted", "Milton-Kins Dons" klublarında və İrlandiya millisində məşqçi kimi çalışıb.

"Cebheinfo.az"