İzmirdə meşəlik ərazidə yanğın məhdudlaşdırılıb

İzmirdə meşəlik ərazidə yanğın məhdudlaşdırılıb

Türkiyənin İzmir vilayətində zibillikdə başlayan yanğın meşəlik əraziyə keçib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, əraziyə 6 təyyarə, 5 helikopter və 25 yanğınsöndürən maşın, eləcə də digər lazımi texnika cəlb olunaraq yanğının yayılmasının qarşısı alınıb.

Yanğının sahibkarın əraziyə yaxın yerdə sənaye tullantılarını yandırmasından sonra yayıldığı bildirilir.

"Cebheinfo.az"