General açıqladı: "ABŞ İranı vurmaq üçün 16 il hazırlaşıb"

"ABŞ İranın yeraltı nüvə obyektlərini məhv etmək üçün lazım olan silahlara malik olmayıb. Buna görə də Fordo nüvə obyektini sıradan çıxarmaq üçün GBU-57 (Massive Ordnance Penetrator) bombası yaradılıb".
“Cebheinfo.az” xəbər verir ki, bunu "The Washington Post" nəşrinə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bildirib.
O bildirib kii, ABŞ-nin İrandakı gizli nüvə obyektinə hücumu illərlə davam edən strateji hərbi planlaşdırmanın kulminasiya nöqtəsi olub.
Pentaqonun iki analitikindən ibarət komandası 2009-cu ildən İranın Fordo obyekti ilə bağlı ərazinin geologiyası və istehkamların planını öyrənib. Daha sonra nəticələrin təhlili göstərib ki, ABŞ-nin belə obyekti vura biləcək silahları yoxdur. Məhz bundan sonra 13 tonluq bombanın hazırlanmasına başlanıb.
Xəzər
“Cebheinfo.az”