Ukraynadan xüsusi əməliyyat: Rusiyanın "Su-34" qırıcıları məhv edildi

Ukrayna Rusiya hərbi aviasiyasına qarşı növbəti uğurlu əməliyyat keçirib.
Bakupost.az xəbər verir ki, əməliyyat çərçivəsində Volqoqradın "Marinovka" aerodromunda 4 ədəd 'Su-34" çoxfunksiyalı döyüş təyyarəsi dron zərbələri ilə məhv edilib. Aerodromun texniki istismar sahəsi yandırılıb.
Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti və Xüsusi Əməliyyat Qüvvələri həyata keçirib.
Rusiya mənbələri hadisəni təsdiqləyib.
"Cebheinfo.az"