Şovinist və təxribatçı qüvvələrin tündləşən anti-Azərbaycan ritorikası…

Şovinist və təxribatçı qüvvələrin tündləşən anti-Azərbaycan ritorikası…

Günümüzün əsas hadisələrindən biri də, İran tərəfdən müxtəlif mətbu orqanlarda, ayrı-ayrı məmurların, mollaların, hərbçilərin, dini fanatiklərin və s. Azərbaycana qarşı səsləndirdikləri mənasız hədyanlar, əleyhimizə deyilən böhtanlardır.

Əslində İranın Azərbaycanı əsassız yerə ittiham etməsi və təhdid etməsi yeni hadisə deyil, bunu dəfələrlə müşahidə etmişik.  

Demək olar ki, İranın həm xarici, həm də daxili siyasətinin daimi və dəyişməz bir istiqaməti olan Azərbaycana qarşı iftira və böhtan kompaniyası İsrail-İran münaqişəsi zamanı daha da intensivləşdi. Xüsusilə də bir çox şovinist və təxribatçı qüvvələrin tündləşən anti-Azərbaycan ritorikası təəssüf ki, hələ də davam edir. 

Belə ki, İran mütəmadi olaraq, Azərbaycana qarşı heç bir sübut və dəlilə söykənməyən, müxtəıif formada və məzmunda şər və böhtanalar səsləndirib yalan məlumatlar, böhtan xarakterli informasiyalar tirajlayıb:. Dəfələrlə bununla bağlı Azərbaycan tərəfi rəsmi və qeyri-rəsmi formada münasibət bildirib, bu cür qərəz dolu ittihamlarla bağlı, qarşı tərəfin heç bir sübutunun və faktlarının olmadığını, bunun bu və ya digər çirkin siyasi məqsədlər üçün istifadə olunan vasitədən başqa bir şey olmadığını, yalnız və yalnız Azərbaycana qarşı böhtan, iftira kampaniyasının tərkib hissəsi olduğunu bəyan edib. Həmçinin dəfələrlə vurğulayıb ki, Azərbaycan bütün qonşuları ilə bizə hansı münasibətdə olmalarından asılı olmayaraq, bərabərhüquqlu dostluq və qonşuluq münasibətlərində olmağı üstün tutur.

Bunu da təkcə sözdə deyil, əməldə də dəfələrlə sübut edib.  İranda bizim milyonlarla soydaşımızın yaşadığını nəzərə alaraq, İrana yönəlik münasibətimiz daha həssas davranış sərgiləyib, daim bu kontekstdə normal münasibətlərin formalaşmasında maraqlı olub və bu gün də maraqlıdır. Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib. Həmişə olduğu kimi də Azərbaycan sadiq dost, etibarlı qonşu və “öz sözünün ağası” olduğunu sübut edib. 

Görünür, bu cür davranış qonşularımız üçün yaddır, dostluqda sədaqət, qonşuluqda, səmimiyyət, etibar, inam, “sözümüz imzamızdır” kimi dəyərlərin mahiyyətinə belə varmır. , Bu mənada İranın və ya İranda olan bu təxribatçı qüvvələrin bu cür davranışı əslində məntiqsiz və gülüncdür:

Necə olur ki, on illərdi, müxtəlif yollarla, Azərbaycana tonlarla “ağ ölüm”ün xammalının Arazın o tayından ötürən, gənclərimizin zəhərlənməsi üçün narkotik qaçaqmalçılığına göz yuman, hətta onun vüsat almasına çalışan İran tərəfi, 

Necə olur ki, Azərbaycanın müstəqillik əldə etdikdən sonra, buna sevinmək əvəzinə,  yalnız öz xeyrinə istifadə etməyə çalışan,  ölkədə “təriqətçilik”  töxumu səpən, dini ayrıseçkilik yaradan, bu üsullardan istidafə edərərk, cəmiyyəti parçalamağa çalışan, dövlətimiz əleyhinə müxtəlif cəsus şəbəkələri yaradan və s. İran tərəfi. 

Necə olur ki, Ermənistan və onun havadarları tərəfindən torpaqlarımız işğal ediləndə, 30 illik işğal dövründə bizim düşmənlərimizlə, “müsəlman bacı və qardaşlarının” qatilləri ilə əlbir olaraq şəhər və kəndlərimizdən evlərin daşını belə daşıyan, bütün bu dövrlərdə Ermənistanı, Qarabağdakı qondarma və separatçı rejimi yanacaqla, ərzaqla, hərbi ləvazimtlarla, silah-sursatla təmin edən İran tərəfi

Necə olur ki, 44-lük müharibədə Azərbaycan Ordusunun ərazilərimizin işğaldan azad edilməsi uğrunda döyüşləri zamanı, beynəlxaql hüquq normalarının, müharibənin və hərbi əməliyyatların aparılması qaydalarının ciddi pozuılması, qonşuluq münasibətlətinin tapdalanması bir yana, elementar etik davarınış qaydaları ayaqlar altına ataraq, açıq-aşkar həyasızcasına ölkəmizin ərazinə keçərək (bu da ayrıca bir cinyaət fakıtdır), Azərbaycan Silahlı Qüvvələrinin qarşısını kəsən əsgərlərimizi riskə məruz qoyan, hücum tempini azaldan, düçmən tərəfin vaxt qazanmasına, Ermənistan Ordu birləşmələrinin ratasiya etməsinə, və yeni müdafiə xəttinin yaratmamasına imkan yaradan İran tərəfi, 

Necə olur ki, 2020-ci ildə Azərbaycanın və Silahlı Qüvvələrimizin Zəfərini heç cür həzm edə bilməyən, hətta hələ ki, 2020-23-cü illərdə işğal altında qalmaqda davam edən Qarabağda olan qondarma-separatçı rejimin ömrürün uzanması üçün əlindən gələni edən İran tərəfi

Necə olur ki, ümumiyytələ ona heç aidiyyatı olmayan Zəngəzur dəhlizi ilə bağlı hikkə və aqressivlik nümayiş etdirən, özünə aid olmayan ərazilərdə mifik “qırmızı xətt” elan edən, Azərbaycanın maraqlarına zidd siyasət sərgiləyən. bu prosesə əngəl törətməyə çalışan İran tərəfi
    və s. 

Amma suçlu olan, günahkar olan Azərbaycan? 

Bu yerdə Azərbaycanın məşhur atalar sözləri yada düşür: “Oğru elə qışqırdı ki. doğrunun bağrı yarıldı”, “keçəl baxar güzgüyə, adını qoyar özgəyə” və s. bu kimi əsrlərin süzgəcindən keçmiş misalları atalarımız, babalarımız illər əvvəl də yəqin ki, əbəs yerə söyləməyiblər. qonşularımızın davranışlarına rəğmən yaranıb. Amma fikirimcə bu duruma daha çox “hər kəs öz tərbiyəszilik səviyyəsinə  görə düşünür” ifadəsi uyğun gəlir. 

Bəs. İranın təxribatçı, anti-Azərbaycan, fars-şovinist qüvvələrinin aqressiv dost olmayan davarnışlarınınn səbəbi nədir?   

İranın Suriyadakı biabırçı məlubiyyəti, yüzlərlə əsgər və zabitinin qanı-canı bahasına müdafiə etdiyi diktator Bəşər Əsədin Moskvaya qaçışı, Fələstin və Livanda fəaliyyət göztərən satelitlərinin demək olar darmadağın edilməsi, liderlərinin isə aradan götürülməsi və s., həmçinin bunlarla bağlı hər hansı ciddi addımlar ata bilməməsi, bu uğursuzıluqlarına görə kimisə ittiham etməyə, hesab sormağa cəsarəti çatmayan, bu günlərdə isə əhalinin sayına görə özündən 10 dəfə, ərazisinə görə isə 74 dəfə kiçik olan İsrail dövlətinin əlində əsir yesir qalan, qeyri rəsmi xəbərlərə görə bu rəqəm 1000-in üzərində olan itki verən, 12 gün ərzində hava məkanında SAXAL-Hərbi Hava Qüvvələrinin at oynatdığı, hava məkanı tamamilə, yəni 100% İsrailin tərəfindən bağlanan,  özü isə bir dənə də təyyarə havaya qaldıra bilməyən, nüvə texnologiyaların 60-70% məhv edilən, SEBAH idarələrinin 50% məhv edilən və s. nəhayət  reputasiyası yerlə yeksan olan İranın fars-molla rejiminin təbliğatçılarının Azərbaycanı nədəsə ittiham etməsi, çox gülünc görünür və eyni zamanda da ikrah hissi doğurur. 

Bu uğursuzluqalara görə necə Azərbaycana dil aça bilirsiniz? Necə ittiham etməyə cəsarət edə bilirsiniz? Necə vicadınınız yol verir?  

Sizin İsrailllə və ya ABŞ-la probleminiz, ziddiyyətiniz varsa gedin həll edin, sözünüz var deyin, Azərbaycanı öz əməllərinizə bulaşıdrmayın.  

Epiloq əvəzi….

Azərbaycan Respublikası ən yüksək səviyyədə daim açıq şəkildə bəyan edib, həmişə də eyni mövqedə qalır:

”Azərbaycan heç vaxt imkan verməyib ki, onun ərazisindən hansısa digər dövlətə qarşı mənfi addım üçün istifadə olunsun”. 

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-də İranın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edərkən dediyi fikilər də Azərbaycan Respubliaksının dəyişməz mövqeyini bir daha təsdiq edir. Dövlət başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olduğunu deyərək, bu gərginliyi qınadığını vurğulayıb və qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı bir daha başsağlığını ifadə edib. İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən Prezident İlham Əliyev bütün bunların tamamilə cəfəngiyyat olduğunu bildirib.

Səfir Müctəba Dəmirçilu da öz növbəsində İranın ali rəhbərliyinin də Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət göstərdiyini, Azərbaycanla İran arasındakı münasibətlərin dostluğa, qonşuluğa və qardaşlığa əsaslandığını qeyd edib. O, İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyinin İranda yüksək qiymətləndirildiyini vurğulayıb və buna görə də təşəkkürlərini çatdırıb. Həmçinin Səfir qeyd edib ki, İran tərəfi də tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz.

İnanmaq istəyirəm ki, nəhayət ki, İranda mütərəqqi fikirlər, mürtəce yanaşmalara qalib gələcək, mehriban qonuşuluq, digər xalqların, o cümlədən İranda yaşayan millətlərin, əlbəttə ki, ilk növbədə də Azərbaycan türklərinin hüquq azadlıqlarına hörmət ideyaları, şovinzm, qatı fars millətçiliyinə, vicdan azadlığı, dini inanclara hörmət, ifrat təriqəçiliyə, dini fanatizmə qalib  gələcək və dövlətlər arasında daha səmimi və beynəlxaql normalara, xalqlar arasında tarixi ənənələrə söykənən birgəyaşayış qaydalarına uyğun münasibətlər üzərində qurulacaq.   

Siyasi şərhçi
Əhməd N. Abbasbəyli

"Cebheinfo.az"