Tramp: Münaqişə zamanı həm İran, həm də İsrail vurulub

Tramp: Münaqişə zamanı həm İran, həm də İsrail vurulub

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Yaxın Şərqdəki silahlı münaqişə zamanı həm İran, həm də İsrail vurulub.

Bu barədə ABŞ lideri Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.

"Onlar tükəniblər. Mən onların hər ikisi ilə məşğul olmuşam. Bu ölkələrin hər ikisi də münaqişənin həllini istəyirdi" - Tramp deyib.

Eyni zamanda o, uranın zənginləşdirilməsinin təhlükəli səviyyələri ilə bağlı məlumatlar ortaya çıxacağı təqdirdə İrana yeni zərbələr endirəcəyini istisna etməyib.

"Əlbəttə, şübhəsiz, mütləq", - kəşfiyyatın uranın zənginləşdirilməsi barədə nəticə çıxaracağı təqdirdə ABŞ-nin İrana zərbə endirməsi ehtimalı ilə bağlı suala Tramp deyib.

"Cebheinfo.az"