5 ay sonra meyiti tapıldı

Bu ilin fevralında Kür çayında batan Samux rayon sakini 22 yaşlı İsmayıl Xaliq oğlu Şibliyevin meyiti tapılıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, rayonun Seyidlər kənd sakini olan İsmayılın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə vaxtı İsmayılla birgə Şəmkir rayon sakini 1999-cu il təvəllüdlü Müşfiq Rəhim oğlu İsmayılov da Kürdə batmışdı. Onların balıq tutarkən bədbəxt hadisə ilə üzləşdikləri bildirilib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"