Kanalda batan məktəbli 3 gündür tapılmır - VİDEO

Bir neçə gün öncə Füzulidə 16 yaşlı Nahid Nağızadənin kanalda batması barədə məlumat vermişdik.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, rayonun Kərimbəyli kəndi ərazisindən keçən hissəsində kanalda batan məktəblinin axtarışına FHN-in Aran Dalğıc Axtarış Qrupu cəlb edilib.
Hazırda N.Nağızadənin tapılması istiqamətində axtarışlar davam etdirilir.
Sosial şəbəkələrdə yayılan məlumata görə, batan şəxs əslən Füzuli rayonundan olan tanınmış həkim Vüqar Nağıyevin oğludur. Bildirilib ki, suyun səviyyəsinin çox olması səbəbindən onun axtarışları 3 gündür öz nəticəsini vermir.
"Cebheinfo.az"