Gəncədə sirkə turşusu içən qadın ağır vəziyyətdə Bakıya gətirildi

Gəncə şəhərində 50 yaşlı qadın sirkə turşusu içib.
"Cebheinfo.az" Oxu.Az- a istinadən xəbər verir ki, şəhər sakini, 1975-ci il təvəllüdlü İradə Məhərrəmova evində olan sirkə turşusunu içməsi nəticəsində zəhərlənib.
İ.Məhərrəmovaya ilkin tibbi yardım göstəriləndən sonra o, təcili yardım briqadası ilə Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Qadının vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin baş vermə səbəbi ilə bağlı araşdırmalar aparılır.
"Cebheinfo.az"