Paşinyan II Qareginə qarşı PLAN HAZIRLAYIB

“Nikol Paşinyanın məqsədi II Qaregini nəyin bahasına olursa-olsun Ana Taxt-Tacdan uzaqlaşdırmaqdır.
“Cebheinfo.az”-ın məlumatına görə, “Johovurd” qəzeti belə yazıb.
“O, öz komandasına bütün ermənilərin katolikosunun çıxarılması planının artıq başa çatmaq üzrə olduğunu bildirib. Birincisi, katolikosun yaxın çevrəsindən olan ruhanilər, xüsusilə də arxiyepiskop Arşak və Quqark yeparxiyasının rəhbəri həbs ediləcək.
Bundan sonra Paşinyanın ssenarisinə görə, katolikos könüllü olaraq çıxıb gedəcək. Əks təqdirdə, II Qaregin də həbsxanaya düşəcək”, - deyə nəşr qeyd edir.
Müşfiq Abdulla
“Cebheinfo.az”