Avropa çempionu olacağına söz vermişdi: Sözünü tutdu - VİDEO

Avropa çempionu olacağına söz vermişdi: Sözünü tutdu - VİDEO

Azərbaycanlı cüdoçu Rəsul Əlizadə Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə Avropa çempionatının qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, idmançımız finalda Matteo Qualandini məğlub edərək milli komandamızın aktivinə növbəti qızıl medalı yazdırıb.

Azərbaycan Cüdo Federasiyası sosial şəbəkə hesabında Rəsulun uşaq yaşlarından Avropa çempionu olmağı hədəflədiyi videosunu yayımlayıb.

Kadrlarda cüdoçumuzun balaca olarkən gələcəkdə Avropa çempionu olacağı barədə söz verməsi əks olunub.

Sözügedən görüntüləri təqdim edirik:

"Cebheinfo.az"