Ağırlıqaldırma üzrə Azərbaycan birinciliyi başladı - FOTOLAR

Ağırlıqqaldırma üzrə gənclər arasında Azərbaycan birinciliyinin açılış mərasimi baş tutub.
"Cebheinfo.az" xəbər verir ki, tədbirdə yubileyini qeyd edən veteran atletlər mükafatlandırılıb.
Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, 75 yaşını qeyd edən Cəbrayıl Cəbrayılovu və 60 yaşını tamamlayan Azər Hacıxəlilovu təbrik edib.
Bununla yanaşı 1-ci beynəlxalq kateqoriyalı hakim adına layiq görülən Asif Məlikova lisenziyası təqdim edilib.
Daha sonra ağırlıqqaldırma üzrə gənclər arasında Azərbaycan birinciliyinə start verilib.
Şüvəlan Ağırlıqqaldırma Akademiyasında keçirilən yarışda ilk olaraq qızlar 5 çəki dərəcəsində mübarizəyə qoşulub. Nəticələri təqdim edirik:
Qızların yarışı:
53 kq çəki dərəcəsində Nəzrin Hüseynli toplamda 87 kq (37 kq + 50 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
58 kq çəki dərəcəsində Türkanə Eminova toplamda 115 kq (55 kq + 60 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
63 kq çəki dərəcəsində Xeyransa İbrahimli toplamda 99 kq (45 kq + 54 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
69 kq çəki dərəcəsində Arzu Qədimova toplamda 139 kq (66 kq + 73 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
+86 kq çəki dərəcəsində Zəhra Qənbərzadə toplamda 92 kq (42 kq + 50 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
"Cebheinfo.az"