Azərbaycan millisi Belarusda ilk yoxlama matçını keçirib

Azərbaycanın qadın futbolçulardan ibarət yığması Belarusda təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.
"Cebheinfo.az" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma meydan sahibləri ilə üz-üzə gəlib.
Görüş Belarus millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu iyulun 1-də Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.
"Cebheinfo.az"