Rusiyada daha bir təyyarə qəzası: Ölənlər var

Rusiyanın Moskva vilayətində yüngülmühərrikli "Yak-52" tipli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində dörd nəfər həlak olub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "İnterfaks"a hüquq mühafizə orqanlarına istinadla məlumat verib.
Bildirilib ki, Kolomna şəhəri yaxınlığında qəzaya uğrayan "Yak-52" yerə çırpıldıqdan dərhal sonra alışıb. Hadisə yerində fövqəladə xidmətin əməkdaşları işləyirlər.
İlkin versiyaya görə, qəzaya səbəb mühərrikdə yaranan nasazlıq səbəb olub.
"Cebheinfo.az"