"Sabah" legioneri ilə müqaviləni yeniləməyib

"Sabah" legioneri ilə müqaviləni yeniləməyib

“Sabah” legioneri Vinsent Till ilə yollarını ayırıb.

"Cebheinfo.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, lüksemburqlu yarımmüdafiəçinin 2024/2025 mövsümünün sonunda müddəti başa çatan müqaviləsi yenilənməyib.

V.Till 2023-cü ildən "Sabah”ın formasını geyinirdi. O, paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 35 oyunda 3 qola müəlliflik edib.

"Cebheinfo.az"