“Azərbaycan-Ural”ın sədr müavini:”Yaxınları deyir ki...”

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb.
OMON-nun əməliyyatı çərçivəsində saxlanılan Məzahir Səfərov və Akif Səfərov 22 sutka müddətinə istintaq təcridxanasına göndəriliblər.
Daha bir şübhəli isə zala gətirilib. Bu, Ayaz Səfərovdur.
“Cebheinfo.az” xəbər verir ki, Azərbaycan diasporunun nümayəndəsi Şıxlinski Mütvəli Şahin Oğlu həbslərə münasibət bildirib.
“Bizə mərhumun yaxınlarından və saxlanılan şəxslərdən məlumat daxil olub, biz də öz tərəfimizdən bu barədə aidiyyəti qurumları məlumatlandırmaq üçün lazımi addımlar atmışıq”, - deyə “Azərbaycan-Ural”ın sədr müavini bildirib. O qeyd edib ki, saxlanılanların yaxınları onların ittiham olunduğu cinayətlərdə iştiraklarının olmadığını düşünürlər.
"İndi bildiyim bu qədərdir. Onlara qarşı heç bir tədbir görməyə əsas yoxdur. Yaxınları belə deyir", - deyə diaspor nümayəndəsi qeyd edib.
Xəzər
“Cebheinfo.az”