Kremldən Ermənistandakı olaylara REAKSİYA

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda Erməni Apostol Kilsəsi ətrafındakı vəziyyətlə bağlı son hadisələri şərh edib.
“Cebheinfo.az” xəbər verir ki, "Bu, Ermənistanın daxili işidir. Biz heç bir şəkildə bu daxili işlərə qarışmaq istəmirik. Təbii ki, Ermənistan bizə çox yaxın ölkədir. Unutmayaq ki, bizim bir neçə milyon ermənimiz var, onlar Rusiya Federasiyasının vətəndaşlarıdır, təbii ki, bu hadisələrə ağrı-acı ilə baxırlar. Əlbəttə ki, baş verənləri izləyirik, amma bunlar Ermənistanın daxili işidir”, - deyə o, rusiyalı jurnalist Pavel Zarubinlə söhbətində deyib.
Məlumat üçün bildirək ki, Ermənsitanda daxili vəziyyət gərginləşib, hakimiyyətlə kilsə arasında qarşıdurma həbslərlə müşayiət olunur.
Xəzər
“Cebheinfo.az”