Putin və Tramp hazırlıqsız görüşə bilər

Putin və Tramp hazırlıqsız görüşə bilər

Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Tramp arasında görüşün keçirilməsi liderlər arasında razılaşmadan asılıdır və ilkin hazırlıqsız görüşün keçirilməsi istisna edilmir.

“Cebheinfo.az” “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Bu, hər an baş verə bilər. Siz başa düşürsünüz ki, bu, əsasən liderlərdən asılıdır. Bəlkə liderlər razılaşacaqlar ki, indi görüşək və hər şeyi özümüz danışaq, sonra tabeliyində olanlara əmr verək. Bu variant  da mümkündür”, - Uşakov jurnalist Pavel Zarubinə iki liderin görüşünün mümkünlüyü barədə danışarkən deyib.

Xəzər
“Cebheinfo.az”