Yekaterinburqda məhkəməsi başlayan Məzahir Səmədov: “Xanımımdan muğayat olun”

Yekaterinburqda məhkəməsi başlayan Məzahir Səmədov: “Xanımımdan muğayat olun”

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb.

“Cebheinfo.az” xəbər verir ki, Məzahir Səfərov məhkəmə zalından çıxarılıb. Kadrlarda onun qohumlarına zəng vuraraq hər şeyin yaxşı olduğunu dediyi və  həyat yoldaşından muğayat olmalarını xahiş etdiyi eşidilir. Hakimlər müşavirə otağına gediblər.

Bu arada saxlanılan şəxslərin adları məlum olub.

Onlardan doqquzu Səfərovlar ailəsinin üzvləridir: ikisi - Vüqar və Məhəmməd sərbəst buraxılıb. Kamal Səfərov reanimasiyadadır. Daha dörd nəfərin barəsində həbs-qətimkan tədbiri seçilmısi üçün məhkəmə keçirilir. Bunlar Akif Möhbalı oğlu, Ayaz Möhbalı oğlu, Məzahir Möhbalı oğlu və Bəkir Mehdi oğludur.

Daha iki qardaş - Hüseyn və Ziyəddin Səfərov OMON-nun hücumu zamanı öldürülüb.

Əhliman Gənciyev də məhkəmə qarşısına çıxarılacaq. O, əməliyyatdan sonra xəstəxanaya yerləşdirilsə də, həkimlər onun dinləmədə iştirakına icazə veriblər. Digər təqsirləndirilən Əziz Abasov da xəstəxanadadır.

Xatırladaq ki,  iyunun 27-də Yekaterinburqda OMON zorakılğı ilə müşayiət olununa kütləvi həbslər olub. 50-dən çox adam polis bölməsinə aparılıb. Polis və xüsusi təyinatlıların hücumu zamanı iki azərbaycanlı öldürülüb. 

Rusiya tərəfi hücumun 2001-ci ilin may ayında Blüxer küçəsində  Azərbaycan əsilli Yekaterinburq sakini Yunis Paşayevin mətbəx bıçaqları ilə bıçaqlanaraq öldürülməsi işinin istintaqı çərçivəsində  həyata keçirildiyini iddia edir.

Xəzər
“Cebheinfo.az”