İranla danışıqlar başlayır

İranla danışıqlar başlayır

Prezident Donald Trampın xüsusi elçisi Stiv Vitkoffun yaxın günlərdə İranla mümkün razılaşma ilə bağlı danışıqlar aparacağı gözlənilir.

“Cebheinfo.az” bu barədə “NBC News”-a istinadən xəbər verir.

KİV-in məlumatına görə, danışıqların məqsədi sanksiyaların aradan qaldırılması müqabilində uranın zənginləşdirilməsini dayandırmağa çalışmaqdır.

Bu arada Amerika və İsrail kəşfiyyat agentlikləri İranın pərdə arxasında nə etdiyini yaxından izləyəcəklər.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə  danışıqları bərpa etmək planlarını təkzib edib.

"Danışıqların bərpası ilə bağlı heç bir razılıq əldə olunmayıb. Danışıqlardan danışılmayıb. Danışıqların mövzusu hazırda masada deyil", - o deyib.

Əraqçi deyib ki, İran hələ də diplomatiya yoluna sadiqdir, lakin ABŞ ilə danışıqları bərpa etmək qərarını qiymətləndirmək lazımdır.

Xəzər
“Cebheinfo.az”