Məhkəmədə görünməmiş təhlükəsizlik tədbirləri: Baş konsul da ordadı-FOTO 

Məhkəmədə görünməmiş təhlükəsizlik tədbirləri: Baş konsul da ordadı-FOTO 

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb.

OMON-nun əməliyyatı çərçivəsində saxlanılan Məzahir Səfərov və Akif Səfərov 22 sutka müddətinə istintaq təcridxanasına göndəriliblər.

Daha bir şübhəli - Ayaz Səfərov da  zala gətirilib. 

“Cebheinfo.az” xəbər verir ki, Məhkəməyə Azərbaycanın baş konsulu da gedirb Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski məhkəmədədir.  Kişilərdən telefonlarının qapaqlarını, kəmərlərindəki toqqaları çıxarması tələb olunur. Məhkəmədə görünməmiş təhlükəsizlik tədbirləri var. Ziyarətçilərin üstü, çantaları girişdə axtarılır. Onlardan çantalarından və ciblərindən hər şeyi çıxarmaları tələb olunur.

Xəzər
“Cebheinfo.az”