“TikTok” və “Instagram” insanı xəstələndirir- ARAŞDIRMA

“TikTok” və “Instagram” insanı xəstələndirir- ARAŞDIRMA

Hollandiya hökuməti 15 yaşdan kiçik uşaq və yeniyetmələrə “TikTok” və “Instagram” kimi sosial şəbəkələrdən istifadəni qadağan etməyi, uşaqların mobil cihazlarda keçirdikləri vaxtı ciddi şəkildə məhdudlaşdırmağı və uşaqların yataq otaqlarında ekranlara qadağa qoymağı tövsiyə edir.

Krallığın Səhiyyə Nazirliyi vurğulayır ki, sosial şəbəkələrdən daimi istifadə yuxuda çətinlik, depressiya və panik atak kimi psixoloji və fizioloji problemlər yaradır.

“Cebheinfo.az”  bu abrədə “Euronews”-a istinadən xəbər verir. . Hollandiya parlamentinin ekspert qrupu bu fikri təsdiqləyib.

Bu ilin fevral ayında hətta Hollandiya kraliçası Maksima da kiçik qızı Şahzadə Ariananın telefonunda çox vaxt keçirdiyi üçün görmə problemi olduğunu söyləyib.

“TikTok” və “Instagram” hazırda istifadəçilərin 13 yaşdan yuxarı olmasını tələb edir.

Hollandiyalı həkimlər hesab edirlər ki, bu yaş “WhatsApp” və ya “Signal” kimi açıq sosial media funksiyaları olmayan messencerlərdən istifadə etməyə başlamaq üçün uyğundur.

Hollandiya artıq məktəblərdə mobil cihazlardan istifadəni qadağan edir, lakin yeni təlimatlar hələ hüquqi qüvvəyə malik deyil.

Oxşar qanunvericilik bir sıra digər Avropa ölkələrində də nəzərdən keçirilir. Bəzi Avropa ölkələrində yeniyetmələr yalnız valideyn icazəsi ilə hesablar yarada bilərlər.

Xəzər
“Cebheinfo.az”